Ekonomiks 18:38 05.09.2018

Bank kreditlərinin ən baha və ən ucuz olduğu bölgələr açıqlandı

Ölkədə fəaliyyət göstərən kredit təşkilatlarında 2018-ci ilin avqust ayının 1-nə banklar tərəfindən iqtisadiyyata 12 milyard 170 milyon 700 min manat kredit qoyuluşu həyata keçirilib.

Mərkəzi Bankdan Qaynarinfo-ya verilən məlumata görə, kredit qoyuluşlarında Bakının payı yenə də yüksək olub. 

Belə ki, banklar paytaxt sakinlərinə 10,2 milyard manat kredit veriblər. Bu da hesabat dövrü ərzində verilən ümumi kreditlərin 80 faizindən çoxu deməkdir.

Bakı əhalisinə verilmiş kreditlər üzrə faizlər 10,3% təşkil edib. 

Hesabat dövründə respublika üzrə ən az kredit Kəlbəcər-Laçın iqtisadi rayonunda verilib. Bu bölgədə kredit qoyuluşu 362.1 min manat təşkil edib.  

Qeyd edək ki, kreditlərin ən bahalı olduğu bölgə Yuxarı Qarabağ iqtisadi rayonu olub. Bu rayonda kredit faizləri 24.8 % təşkil edib. 

Ən aşağı kredit faizləri Naxçıvan iqtisadi rayonunda qeydə alınıb - 9%.