Banklar problemli kreditlərin həlli ilə bağlı prezident fərmanını icra edir (VİDEO)
Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmandan 3 həftəyə yaxın vaxt keçir.
Qaynarinfo "Report”a istinadən fərmanın icrasının 1 milyona yaxın ölkə vətəndaşının diqqət mərkəzində olduğunu nəzərə alaraq aparıcı banklarda bu istiqamətdəki vəziyyətlə maraqlanıb.
Qeyd edək ki, fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı aprelin 15-nə qədər açıqlanmalıdır. Bundan sonra, bank müştərilərinə kompensasiya ödənilməsi və yaxud onlarla yeni kredit müqavilələrinin bağlanması istiqamətində işlər görüləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər