Video 18:08 24.09.2020

“Barsa”yla vidalaşan ulduz mətbuat konfransında ağlayıb danışa bilmədi (VİDEO)

Hücumçu Luis Suarez "Atletiko"ya keçməsindən sonra "Barselona" ilə emosional şəkildə vidalaşıb.

Qayunarinfo xəbər verir ki, Kataloniya klubunun onun gedişinə həsr olunmuş mətbuat konfransında uruqvaylı göz yaşlarını saxlaya bilməyib.

"Bu mərhələ bitdi, qazandığım hər şeylə fəxr edirəm. Bütün "barsa” azarkeşlərinə sonsuza qədər minnətdaram”, - Suarez deyib.

Xatırladaq ki, forvard 2014-cü ildən bəri "Barsa"da çıxış edir. Ümumilikdə, Kataloniya komandasında turnirlərdə 283 oyun keçirib və 198 qol vurub.

Suarez "Barselona” ilə dörd dəfə çempionluq və İspaniya kubokunu qazanıb. 2015-də finalda həlledici qol vuraraq komandasına Çempionlar Liqasını qazanmağa kömək edib.
 
Alpər