İdman 15:44 13.08.2022

"Barselona" "Mançester Siti"nin ulduzunu transfer edir

"Barselona" "Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva ilə anlaşıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Şkiranın sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Kataloniya klubu ilə futbolçu arasında müqavilə 2026-cı ilin yayına kimi qüvvədə olacaq.
 


İnsayder onu da aydınlaşdırır ki, "Barselona” yaxın vaxtlarda "Mançester Siti”yə 60 milyon avro məbləğində rəsmi təklif göndərəcək. Kataloniya təmsilçisi portuqaliyalı futbolçunun yay transfer pəncərəsi bitməmiş transfer olunacağına əmindir.

Qeyd edək ki, "Mançester Siti" 2017-ci ildə Bernardo Silvanı 50 milyon avroya alıb. "Şəhərlilər"in heyətində keçirdiyi 248 oyunda futbolçu 48 dəfə fərqlənib və 50 məhsuldar ötürmə verib. Silva "Siti" ilə 11 kubok qazanıb. Onun komanda ilə müqaviləsi 2025-ci ildə başa çatır.

Nizami