İdman 10:57 30.09.2013

“Barselona” Messisiz qaldı

İspaniya “La Liqa”sının VII turu çərçivəsində “Almeriya” ilə qarşılaşan “Barselona”ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Messi zədələnərək oyunu tərk edib. Həkimlərin ilkin müayinəsindən sonra Messinin iki həftə futbol oynaya bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, həmin görüşdə "Barsa" "Almeriya"nı 2-0 hesabı ilə məğlub edib və Messi görüşdə ilk qolun sahibi olub.

Qaynar.info