İdman 12:38 24.09.2020

“Barselona” Suaresin “Atletiko”ya keçdiyini rəsmən açıqladı

"Barselona"nın hücumçusu Luis Suares karyerasını Madridin "Atletiko" komandasında davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, Kataloniya klubu 33 yaşlı hücumçunun transferi məsələsində Madridlə razılığa gəldiyini təsdiqləyib.

Razılaşmanın şərtlərinə görə, "Barsa” 6 milyon avroya qədər müxtəlif bonuslar alacaq. "Atletiko”nun Çempionlar Liqasının 1/4 finalına çıxacağı mövsümlər üçün 2 milyon avro ödəyəcəyi bildirilib.

Xatırldaq ki, forvard 2014-cü ildən bəri "Barsa"da çıxış edir. Ümumilikdə, Kataloniya komandasında bütün turnirlərdə 283 oyun keçirib və 198 qol vurub.

Suares "Barselona” ilə dörd dəfə çempionluq və İspaniya kubokunu qazanıb, 2015-də finalda həlledici qol vuraraq Çempionlar Liqasını qazanmağa kömək edib.
 
Alpər