İdman 11:58 27.03.2020

"Barselona"da maaşlar kəsildi

"Barselona” klubun bütün əməkdaşlarının maaşını azaltmaq qərarı verib.

Qaynarinfo xəbər verir ki, informasiyanı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb. 

Məlumatda klubun bu addımı koronavirus pandemiyasına görə fəaliyyətini dayandırdığı üçün məcburiyyətdən atdığı vurğulanıb. "Barselona” koronavirusla mübarizəyə qoşulacağını da açıqlayıb. 

Qeyd edək ki, rəsmi açıqlamada maaşların nə qədər azaldılacağı yazılmayıb. 

İspaniya mətbuatının dünən yaydığı məlumatda isə Kataloniya klubunun futbolçuların maaşlarını 70 faiz azaltmağa hazırlaşdığı, bunun oyunçular tərəfindən ciddi narazılıqla qarşılandığı bildirilmişdi.