İdman 10:41 28.10.2020

“Barselona”nın prezidenti rüsvayçı şəkildə istefa verdi

İspaniyanın "Barselona" futbol klubunun prezidenti Xosep Maria Bartomeu istefa verib.


Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti Twitter mikrobloq şəbəkəsində məlumat verib.


İdarə heyətinin qalan üzvlərinin də klubdan ayrıldığı bildirilir.


İstefadan əvvəl klub üzvləri Bartomeuya etimadsızlıq göstərib. Medianın verdiyi məlumata görə, etimadsızlıq səslərinin sayı 16 mindən 18 minə qədər olub.

Xatırladaq ki, Bartomeu "Barselona"ya 2014-cü ildən bəri rəhbərlik edir. Onun rəhbərliyində klub dörd dəfə İspaniya çempionluğunu və hərəsi bir dəfə olmaqla Çempionlar Liqasını kubokunu, UEFA Superkuboku və Klublar üzrə Dünya Kubokunu qazanıb.

 

Alpər