Video 14:33 29.01.2019

Baş məşqçi oyun vaxtı rəqibinə kəllə atdı (VİDEO)

İtaliya C Seriyasının "Lukkeze" - "Alessandriya" oyununda dava düşüb.

Qaynarinfo xəbər verir ki, ev sahiblrinin baş məşqçisi Cankarlo Favarin rəqib həmkarı ilə mübahisə edib. Bu səbəbdən hər iki mütəxəssis texniki zonadan qovulub. 

Cankarlo Favarin "Alessandriya"nın texniki zonasının önündən keçərkən rəqib baş məşqçinin köməkçisi Qaetano Mançino ilə də mübahisə edib və ona başla zərbə vurub.

İtaliya Futbol Federasiyası Cankarlo Favarini 5 aylıq cəzalandırıb. Mütəxəssis mövsümün qalan hissəsində komandasına texniki zonada kömək edə bilməyəcək. Qaetano Mançino isə iki oyunluq cəzalandırılıb. Favarin rəqib məşqçinin təhqirinə məruz qaldığı və ona tüpürdüyü üçün bu addımı atdığını vurğulayıb.

Qeyd edək ki, "Lukkeze" - "Alessandriya" matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.