Dünya 15:56 26.07.2018

Baş nazir fermerlərə "müqəddəs inək" hədiyyə etdi

Hindistanın baş naziri Narendra Modi Ruandada fermerlərə 200 inək hədiyyə edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir ölkədə 2006-cı ildə start götürən və kasıblara dəstək məqsədilə başlayan "Girinka" proqramı çərçivəsində kasıblara inək hədiyyə edib. Modi açıqlamasında "Girinka proqramı vasitəsilə bir çox insanın həyatının dəyişəcəyinə inanıram" deyib.

Qeyd edək ki, Hindistan tərəfindən belə bir yardımın edilməsinin maraqlı tərəfi bu ölkədə inəklərin müqəddəs hesab edilməsi və təsərrüfatda geniş istifadə edilməməsidir.

Gülşən