Haitinin baş naziri Cek Qay Lafontant istefa verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Lafontant istefa ərizəsini prezident Covenel Moisə təqdim edib.
Ötən həftələrdə ölkədə maye yanacağın qiyməti artırılmış, insanlar 6-8 iyulda hökümət əleyhinə etiraz aksiyaları təşkil etmişdi. İstefanın səbəbi nümayişlərdə insanlara qarşı tətbiq edilən zorakılıq hallarıdır.
Gülşən
Şərhlər