Ölkə 08:59 12.09.2018

Baş nazir kollegiyanın yeni tərkibini təsdiqlədi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:

Kollegiyanın sədri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

Kollegiyanın üzvləri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi
zərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru