Ölkə 11:38 19.03.2019

Baş prokuror Zakir Qaralovdan yeni təyinat

Respublika Baş Prokurorluğunun mətbuat xidmətində kadr dəyişikliyi olub.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, mətbuat xidmətinin prokuroru Kənan Zeynalov xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.

Qeyd edək ki, Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Eldar Sultanovdur.