Ölkə 23:12 22.10.2021

Baş Prokurorluq idmançının zalda ölümü ilə bağlı araşdırma aparır

Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.