Ekonomiks 12:35 28.07.2019

Baş redaktor üçün maaş müəyyən edildi

Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavə - "Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin 3-cü sətrinə "Şöbə müdiri” sözlərindən sonra ", baş redaktor” sözləri əlavə edilib və 5-ci sətir ləğv edilsin. 

Bu Qərar 2019-cu il iyulun 1-dən tətbiq edilir.