Naxçıvan Muxtar Respublikasının "Şərq qapısı” qəzetinin baş redaktoru, Muxtar Respublikanın Əməkdar jurnalisti Sara Əzimova vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Məlumatı Sara Əzimova özü də sosial şəbəkədə təsdiqləyib:
"17 yaşımdan fəaliyyətə başladığım "Şərq qapısı” qəzeti ilə yollarımız ayrılır. Bundan sonra Naxçıvanda həm yeni bir qurumda fəaliyyətimi davam etdirəcəyəm, həm də uzun zamandır üzərində çalışdığımız, yeni çağırışlara cavab verən media platformasının yaradılmasına start verəcəyəm".
Şərhlər