Video 20:37 09.11.2017

Başını 180 dərəcə döndərən oğlan (VİDEO)

Pakistanda bir oğlan başını 180 dərəcə döndərməyi bacarır.

Trend-in məlumatına görə, Kəraçi şəhərindən olan 14 yaşlı Məhəmməd Samirin bu bacarığı anadangəlmə deyil, uzun illərin məşqinin nəticəsidir.

O özü etiraf edir ki, hələ 6 yaşı olanda Hollivud istehsallı qorxulu kinoda belə bir səhnə ilə qarşılaşıb və o vaxtdan da müntəzəm olaraq başını 180 dərəcə döndərmək üçün məşq edib.

Artıq məktəbə getməyən M.Samir pul qazanmaq və ailəsinə kömək etmək üçün "Dangerous Boys" rəqs qrupuna qoşulub.
 


Qaynarinfo.Az