Video 09:51 27.01.2020

Basketbolun əfsanəsi faciəvi şəkildə öldü, Tramp tvit yazdı (VİDEO)

Amerika Milli Basketbol Liqasının (NBA) beşqat çempionu Kobe Brayant ABŞ-da helikopter qəzasında ölüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə 5 nəfərin həyatını itirdiyi qəzada idmançının 13 yaşlı qızının da olduğu deyilir. Ümumilikdə 1-i pilot olmaqla 9 nəfərin olduğu helikopterin havanın sisli olması səbəbindən düşdüyü qeyd edilir.

Hadisədən sonra ABŞ prezidenti Donald Tramp da məsələyə münasibət bildirib. O, bu haqda tvitter hesabında yazaraq, Kaliforniyada baş vermiş qəzanı qorxunc xəbər adlandırıb.
 
Camal