Dünya 20:20 11.03.2020

Başqırdıstanda nəhəng canavar öldürüldü (FOTO)

Başqırdıstanın Blaqoveşşensk rayonunda kəndlərin birində azman bir canavarı güllələyərək öldürüblər.

Qaynarinfo xəbər verir ki, bu haqda "GTRK-Başqırdıstan” məlumat yayıb.

Kanalın yayımladığı fotoda ovçu bir qurdun cəsədini çiynində aparır. Onun ölçüsü həqiqətən də adamı heyrətləndirir. Öldürülmüş canavar adam boydadır, başı isə insan başından daha böyükdür.

Canavar evlərə çox yaxınlaşdığı üçün öldürülüb. Bundan qabaq isə canavarlar Aleksandrovka kəndində üç iti parçaladığına görə, camaat silahlanaraq hazır dayanıblar. Canavarların tez-tez qəbiristanlıqda göründüyü, bağlara soxulduğu bildirilir.
 
Alpər