Dünya 16:54 06.12.2018

Bu şəhərlər su altında qalacaq

"Batan Şəhərlər" adlı tədqiqatda okean səviyyəsində sürətlə aşağı düşən şəhərlərdən söz açılıb.

Qaynarinfo xəbər verir ki, Amerika, Asiya, Afrikada su basqını təhlükəsi ilə üz-üzə olan şəhərlərdə prosesin müxtəlif səbəbləri var. Yanlış şəhər planı, iqlim dəyişikliyi və s. kimi faktorlar böyük fəlakətlərə səbəb ola bilər.

1. İndoneziyanın paytaxtı Cakarta dünyanın ən sürətlə çökən şəhərləri arasındadır. Ərazisinin 40%-i dəniz səviyyəsindən aşağıda yerləşən Cakarta hər il 10 düym çökür. 

2. İngiltərənin paytaxtı London oxşar təhlükə ilə üz-üzə olan şəhərlərdəndir. 11 min illik buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Temza çayının sahilində qurulmuş sədd şəhəri hər il bir neçə dəfə sel təhlükəsindən qoruyur.

3. Banqladeşin paytaxtı Daka hər il yarım düym çökür. Tektonik dəyişikliklər, kanalizasiya sistemi problemi şəhərdəki dəyişikliyin səbəbi hesab edilir.

4. Taylandın paytaxtı Banqkok dəniz səviyyəsindən yüksəkdə yerləşsə də, hər il bir düym çökür. Şəhərin 2030-cu ilə qədər su altında qalması gözlənilir. Paytaxtdakı göydələnlər şəhərin köçməsinin səbəbi hesab edilir. 

5. ABŞ-ın Nyu Orleans şəhəri 2040-cı ilə qədər 14,5 düym çökəcək. Ölkədə baş verən bu tip prosesin səbəbi kimi buzlaqların əriməsi, kanalizasiya suları, su, neft və qazın istehlakı göstərilir.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!