Video 09:34 26.02.2020

"Bavariya" "Çelsi"ni darmadağın etdi, "Barselona" heç-heçə oynadı (VİDEO)

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutub.

Qaynarinfo xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.

"Çelsi" İngiltərədə "Bavariya"nı qəbul edib. Hər iki kollektiv qarşılaşmaya itkilərlə çıxıb. Rəqib meydanında "zadəganlar"a 3:0 hesablı şox yaşadan münhenlilər 1/4 finala yüksəlmək şansını yetərincə artırıb.

Günün digər görüşü İtaliyada reallaşıb. "Napoli" doğma azarkeşlər önündə "Barselona"ya nəyə qadir olduğunu göstərməyə çalışıb. İlk yarını öndə qapayan italyanlar oyunu qalib bitirə bilməyib. Grizmann kataloniyalılara lazım olan topu vurub.

Qeyd edək ki, bu mərhələnin 4 oyunu dünən keçirilib. "Atalanta" "Valensiya"nı 4:1, "Borussiya" (Dortmund) PSJ-ni 2:1, "Atletiko" "Liverpul"u, "Leyspiq" isə "Tottenhem"i 1:0 hesabı ilə yenib. Daha iki oyun sabah baş tutacaq. "Real" "Mançester Siti"ni, "Lion" "Yuventus"u qəbul edəcək.

Çempionlar Liqası
1/8 final 
İlk oyunlar

Çelsi (İngiltərə) - Bavariya (Almaniya) 0:3
Qollar: Qnabri, 51; 54. Levandovski, 76.

 
Napoli (İtaliya) - Barselona (İspaniya) 1:1
Qollar: Mertens, 30 - Qrizmann, 57.
Qırmızı vərəqə: Vidal, 89.