Siyasət 21:01 15.03.2013

BAXCP-nin rayon təşkilatı "EL" hərəkatına qoşuldu (EKSKLÜZİV)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Goranboy rayon təşkilatı tam heyyətlə istefa verərək "EL" Hərəkatına qoşulub. 

Bu barədə Qaynar.info-ya təşkilatın sədri Maşallah Abdullayev məlumat verib. O  bildirib ki, daha əvvəl Əbülfəz Elçibəy yolunu tutub: "Biz daha əvvəldən Elçibəy yolunu tutmuşuq, elçibəyçi olmuşuq. Ölkədə baş verən proseslər və bu proseslərin fonunda BAXCP-nin sərgilədiyi mövqe bizi qane etmədiyindən tam tərkibdə istefa verib "EL" Hərəkatına qoşulduq. Düşündük ki, onsuz da BAXCP güclü bir təşkilat deyil və bizim tələblərimizi qane eləmir. Artıq haqq yoluna dönmək zamanı idi. Biz də qərar verib bu addımı atdıq".


Qaynar.info