Bayden transgenderlərin ABŞ ordusunda xidmətinə icazə verdi

Bayden transgenderlərin ABŞ ordusunda xidmətinə icazə verdi

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezidentin bu gün imzaladığı sərəncama əsasən ABŞ Silahlı Qüvvələrində xidmət üçün uyğun olan hər bir amerikalı bunu edə biləcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”-deyə, məlumatda qeyd olunub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR