Dünya 10:38 28.01.2021

Baydendən Səudiyyə Ərəbistanıyla və BƏƏ ilə bağlı şok qərar

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, ABŞ prezidenti Co Bayden administrasiyası digər ölkələrə silah satışı ilə bağlı bir neçə əməliyyat həyata keçirməkdən imtina edib.

Qaynarinfo xəbər verir ki, məlumata görə, müdafiə sahəsində bəzi yarımçıq çatdırılma və əməliyyatların icrası dayandırılıb. Dövlət Departamenti bunun yeni rəhbərliyin işə başladığı dövrdə normal bir prosedur olan bu əməliyyatları "yeni rəhbərliyin qiymətləndirməsinə imkan vermək" ehtiyacından qaynaqlandığını izah edib.

Dövlət Departamenti "The Wall Street Journal”ın Bayden rəhbərliyinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını dayandırdığını mənbələrə istinad edərək yazdığı məqaləyə bu cür reaksiya verib. Razılaşma Ər-Riyad üçün yüksək dəqiqlikli döyüş sursatı və BƏƏ üçün beşinci nəsil F-35 qırıcıları ilə bağlıdır.
 
Alpər