Video 22:33 27.03.2018

Bayıl sürüşmə sahəsində təhlükə qalmaqdadır (VİDEO)

Bayıl yamacında teleqüllə sürüşmə sahəsində təhlükə hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, ərazi nəzarət altında saxlanılır, mütəmadi olaraq ölçmələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, hazırda prosesin dinamikası öyrənilir.

Yamacdakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün isə hazırda hazırlıq işləri görülür.

Nazirlik rəsmisi qeyd etdi ki, bu tədqiqatlar zamanı ərazinin bir sıra sahələrində müxtəlif dərinlikdə olan quyular qazılacaq və süxur nümunələri götürüləcək.

Tədqiqatların davamlı olaraq bir necə ay davam etməsi planlaşdırılır. Araşdırmanın nəticəsində sürüşmənin baş vermə səbəbi, prosesin dinamikası ilə bağlı daha dəqiq məlumatlar əldə ediləcək.