Səbail rayonu Bayıl qəsəbəsində geniş köçürmə və söküntü işləri başlayıb.
Xezxerxeber.az-ın məlumatına görə, istismar müddətini başa vurmuş ikimərtəbəli binalarda yaşayanlar köçürülür.
Söküləcək bu binaların yerində hündürmərtəbəli yeni binalar tikiləcək.
Bayıl qəsəbəsində ən geniş söküntü işləri Xanlar küçəsində icra olunur. Buradakı sakinlərin bir hissəsi evdən çıxıb, digər sakinlərlə isə danışıq aparılır. İşlər pilot layihə çərçivəsində həyata keçirilir.
Artıq boşaldılan evlərin sökülməsinə start verilib. İş icraçılarının sözlərinə görə, Xanlar və Əlibəyov qardaşları küçələrində 4 yeni binanın tikilməsi planlaşdırılır. Aparılan araşdırmalara əsasən həmin ərazidə sürüşmə ehtimalının olmadığı bildirilir.
Evlərindən köçürülən sakinlərə kirayə pulları da ödəniləcək.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyevin ''Xəzər Xəbər'' ə verdiyi məlumata görə, hazırda rayon ərazisində 12 belə layihə mövcuddur. Onlardan 6-da iş aparılır, digər 6-da isə layihələndirmə və köçürmə işi həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər