Foto 18:40 11.07.2019

Bazarlarda bahalıq davam edir: Xaçmaz pomidoru da qiyməti azaltmayacaq (VİDEO)

Hazırda bazarlarda 1 kiloqram pomidorun qiyməti 1.20 - 1.60 manat arasında dəyişir. Bu, ötən illə müqayisədə 30-40 faiz bahadır.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, yerli məhsulların xeyli hissəsi bazara çıxarılsa da, bu, qiymətlərin enməsinə təsir etməyib. Xaçmazda əkilən pomidorun bazara çıxarılmasına da xeyli vaxt var. Xüsusən hava şəraitinin əlverişli keçməməsi Xaçmaz pomidorunun bazara vaxtında çıxarılmasına təsir edib.

Mütəxəssislər yerli məhsulun bazara çıxmasının da qiymətlərə təsir etməyəcəyini deyirlər. Çünki sahələrdə xəstəliklərin olması və həşəratların məhsula ziyan vurması məhsuldarlığı xeyli aşağı salıb.

Təsərrüfatçılar isə bir ay əvvəl Azərbaycana kütləvi axın edən kəpənəklərin pomidor sahələrinə ciddi zərər vurduğunu düşünürlər.