Video 23:15 27.07.2018

Bazarlarda satılan ərik və gilas yerli məhsuldurmu? (VİDEO)

Ərik və gilasın mövsümü bitmiş hesab olunsa da, bazarlarda satışda hələ də bu meyvələrə rast gəlmək mümkündür.

Xezerxeber.az-ın məlumatına görə, bəzi satıcılar bu meyvələrin yerli məhsul olduğunu deyir. Anma bəziləri isə bu vaxt yerli gilas və əriyin olmadını bildirir.

Satışda olan və yerli kimi satılan əriyin qiyməti 1 manatdan başlayır.

Bəzi satıcılar isə satdıqları əriyin soyuducu şəraitində saxlanıldığını deyir. Bundan başqa, bazarlara Türkiyədən də ərik gətirilir. Satışda olan gilasların isə əsasən yerli olduğu iddia edilir. Qiymət 2 manatdan 5 manata qədər dəyişir. Alıcılar da bu vaxt yerli gilasın ola biləcəyini deyir.

Satıcılar deyirlər ki, təxminən 1 həftədən sonra bazarlarda yerli gilas və ərik olmayacaq. Amma bununla belə, soyuducu anbarlarda saxlanılan yerli məhsulları bazarlarda görmək mümkün ola bilər. Təbii ki, bu da qiymətə təsir edəcək. Yəni məhsul nisbətən baha olacaq.