BBF 2 yaşını qeyd edir - FOTOLAR

BBF 2 yaşını qeyd edir - FOTOLAR

Bu gün “Baku Business Factory”nin (BBF) fəaliyyətə başlamasının ikinci ildönümüdür.

"APA-Economics"in xəbərinə görə, BBF-in direktoru Əlövsət Müslümov bildirilib ki, gənclərin biznes təşəbbüslərini dəstəkləyən təşkilat 2 il ərzində startaplar, frilanserlər və bu ekosistemdə fəaliyyətdə olan digər təşkilatlarla yaxın əməkdaşlıq içində olaraq ekosistemin inkişafına öz töhfəsini verməyə çalışıb.

Ümumilikdə, BBF 2 il ərzində 800-dən çox müraciət qəbul edib. Bu müraciətlər arasından seçilən layihələr və frilanserlər BBF-in xidmətlərindən istifadə edərək öz bizneslərini qurmaq və inkişaf etdirmək yönündə dəstək alıblar. Hazırda təşkilatın xidmətlərindən 20 layihə olmaqla 70 nəfərə yaxın şəxs yararlanır. Bu layihələrdən 15-i artıq kommersiyalaşıb ki, onlardan 1-i hazırda öz xidmət və məhsullarının ixracını təşkil edir. Qalan 5 layihə isə hazırlıq mərhələsindədir. Ümumilikdə isə bu günədək təşkilatın xidmətlərindən 30-a yaxın startap yararlanıb.

2 il ərzində BBF tərəfindən seçilən layihələrə investisiya, ofis və ofis avadanlıqları, mentorluq, biznes mövzusunda müxtəlif təlim xidmətləri göstərilib. Bu xidmətlər xaricində eyni sektorda fəaliyyət göstərən başqa şirkətlərlə də əməkdaşlıqlar edilərək müxtəlif layihələrə imza atılıb.

Ə.Müslümov deyib ki, fəaliyyətinin ilk ilində olduğu kimi ikinci ildə də “Baku Business Factory”nin ən çox əhəmiyyət verdiyi məsələlərdən biri Azərbaycan prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələnməsi yönündə atdığı addımlara dəstək vermək olub. Bu səbəbdən təşkilat biznes layihələrini seçərkən mərkəzdə yerləşən layihələrin bir-birindən fərqlənməsinə diqqət yetirir. Bunun nəticəsi olaraq, hazırda BBF-in xidmətlərindən istifadə edən 20 layihə bütün 4 əsas iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını əhatə etməklə 14 ayrı biznes fəaliyyəti növünü əhatə edir.

Hazırda təşkilatın xidmətlərindən 20 layihə olmaqla 70 nəfərə yaxın şəxs yararlanır. Bu layihələrdən 15-i artıq kommersiyalaşıb.


BBF fəaliyyətinin 2-ci ilində startapların beynəlxalq bazara çıxış əldə edə bilməsi üçün ciddi addımlar atıb. Təşkilatın təsisçisi Anar Əlizadə öz şəxsi bloqunda da bu mövzuya toxunub. Onun sözlərinə görə, hazırda BBF üçün ən prioritet məsələlərdən biri beynəlxalq əlaqələri gücləndirməklə mərkəzdəki startapların beynəlxalq bazara çıxmasına dəstək tapmaq və beynəlxalq zəmində təcrübə bölgüsü aparmaqdır. Bu məqsədlə, 2 beynəlxalq səviyyəli şirkətlə anlaşma memorandumu imzalanıb, 10-dan çox xarici ölkə nümayəndəlikləri və şirkətləri ilə əməkdaşlıq üçün ilkin görüşlər keçirilib.

BBF-in direktoru qeyd edib ki, layihələrə ayrı-ayrı nəzər saldıqda mərkəzdə kifayət qədər uğurlu sayılan çoxlu sayda startapların olduğunu görmək mümkündür. Dəstəklənən layihələr arasından “MrBee” ölkə daxilində yüksək keyfiyyətli bal istehsal edərək onun onlayn vasitələrlə satışını təşkil edir, eyni zamanda həmin balın ixracını həyata keçirir. “Keepface” öz mobil və web platforması vasitəsilə məşhurları və reklam verənləri birləşdirərək sosial şəbəkələr üzərindən influenser marketinq xidmətləri göstərir. “Obanatur” şirkəti ölkə ərazisində sağlam qidaların rahatlıqla çatdırılması üçün sərfəli metod təklif edir. “Banco.az” artıq bütün ölkədə tanınan bank portalıdır. “Quizmindup”ın mükəmməl test və işəgötürmə platforması artıq dünyanın müxtəlif ölkələrində özünə çoxlu alıcı tapıb. “Alkredit.az” kredit götürmək istəyənlər üçün əvəzedilməz resursdur. “BrandCream” komandası dizayn sahəsində artıq sözünü deyib. “Eventwex”in bilet emissiyası və satışı üçün təklif etdiyi həll bu sahədə ən irəlidə olan şirkətlərlə rəqabət edə biləcək gücdədir. “Invex Team” öz mühəndisləri ilə gələcəyə yol açır. Və bunlar kimi mərkəzdə yerləşən digər startapların da hər biri BBF-lə sıx əməkdaşlığın nəticəsi olaraq son bir ildə işlərini xeyli irəliyə götürə biliblər.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Qaynar.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR