BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul oldu (FOTO)

BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul oldu (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı məzunları magistraturaya qəbul olublar.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, universitetin Kimya fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Nigar Veysəlova və Beynəlxalq münasibətlər fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Turana Tağıyeva magistraturaya keçirilən qəbul imtahanında uğurlu nəticə əldə ediblər.

N.Veysəlova magistr təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə davam etdirəcək.

T.Tağıyeva isə magistr təhsilini dövlət sifarişi əsasında 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.

Qeyd edək ki, hər iki magistrant 4 yaşında birinci sinfə, 14 yaşında isə BDU-ya qəbul olublar. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR