Ölkə 21:02 15.07.2020

BDU-nun dosenti vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Əliyeva Firuzə Kamil qızı vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edilib ki, F.Əliyeva 63 yaşında dünyasını dəyişib.

F.Əliyeva 1974-1979-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb, 2003-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.