Ölkə 23:13 28.06.2020

BDU-nun müəllimi koronavirusdan vəfat etdi

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin müəllimi Naqif Nəbiyev vəfat edib.

Bu barədə "Report”a onun tanışları məlumat verib.

Bildirilir ki, N.Nəbiyev koronavirus infeksiyasından dünyasını dəyişib. Onun 60 yaşı vardı. 

N.Nəbiyev BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi olub.