İdman 12:01 01.06.2013

Bekhem aktyor oldu

Ötən ay futbola əlvida deyən ingilis futbolçu Devid Bekhem Hollivuddan film təklifi alıb. 

Qaynar.info-nun məlumatına görə, "Miramax Films" şirkətinin rəhbəri və prodüser Xarvi Vaynşteyn futbolçuya təklif göndərib. 

"Maykl Cordan basketbolda kim idisə, Devid Bekhem də futbolda odur. Devid öz karyerasını Hollivudda davam etdirəcək və mən bunun üçün hər şey edəcəm. O kim istəsə ola bilər. O, hətta kinoulduz da ola bilər, onun buna imkanları var" deyə Vaynşteyn bildirib. 

Qeyd edək ki, Bekhem futbolçu olduğu vaxtda da "Qol", "Qol2", "Bekhem kimi oyna" və "Zidan - 21-ci əsrin portreti" və "Real" sənədli filmlərində çəkilib. 

Qaynar.info