İdman 16:58 25.11.2013

Bekhemin 65 milyon dollarlıq malikanəsi - FOTOLAR


Karyerasını ABŞ-da davam etdirən veteran futbolçu Devid Bekhemlə xanımı Viktoriyanın Londondakı super malikanə ölkə mətbuatında müzakirəyə çıxarılır.

Qaynar.info
xəbər verir ki, 65 milyon dollar qiyməti olan evə Bekhem cütlüyü tərəfindən daha 6 milyon dollar xərc çəkiləcək. Bütün otaqlara yerləşdiriləcək musiqi sistemi və su keçirməyən plazma televizorlara milyonlarla pul xərcləyəcək Bekhemin evində gözəllik salonu da olacaq.

Uşaqlar üçün ayrıca mərtəbədən ibarət evdə təhlükəsizlik xidməti əməkdaşlaşrının təcili müdaxilə etməsi üçün ev daxilində tunellər də hazırlanıb.

Evin sadəcə bir otağı Viktoriyanın ayaqqabısı üçün hazırlanıb.

Qaynar.info