Dünya 12:34 10.08.2020

Belarusda həbs olunanların sayı 200-ü keçdi

Belarus İnsan Hüquqları Mərkəzi "Vesna” Minskdə və Belarusun digər şəhərlərində gecə etiraz aksiyalarının 213 adamın tutulması ilə nəticələndiyini bildirib.

Qaynarinfo Hərəkatın Telegram kanalına istinadla xəbər verir ki, Belarus paytaxtında 110 nəfər həbs olunub ki, onlardan 15-i müşahidəçidir.

Qomel, Baranoviçi, Qrodno, Vitebsk, Moqilev və digər şəhərlərdə də onlarla insan "zərərsizləşdirilib", tutulanlar arasında jurnalistlər də var.

Bundan əlavə, hüquq müdafiəçiləri polislə qarşıdurma nəticəsində 1 nəfərin öldüyü barədə məlumatı təsdiqləyiblər. Həmin şəxs travmatik beyin xəsarəti alıb. Onlarla zərərçəkmiş hazırda xəstəxanalardadır.

Bundan əvvəl Belarus İstintaq Komitəsi iğtişaşlar və polisə qarşı zorakılıq faktı ilə bağlı bir neçə cinayət işi açıb.

Bazar günü Belarusda prezident seçkisi keçirilib. MSK-nın məlumatına görə, ölkənin hazırkı lideri Aleksandr Lukaşenko təxminən 80% səslə qalib gəlib. Rəqibi Svetlana Tixanovskaya rəsmi hesablamalara