Dünya 12:59 12.08.2020

Belarusda pirotexniki vasitələrin satışı qadağan edildi

Belarus Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi avqustun 12-dən etibarən ölkədə pirotexniki vasitələrin ticarətinə tamamilə qadağa qoyulduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı qərar bir gün əvvəl qəbul edilib.

Xatırladaq ki, Belarusda son bir neçə gündə Aleksandr Lukaşenkonun ölkənin prezidentliyinə altıncı dəfə seçilməsinə qarşı kütləvi etirazlar keçirilib. Seçkilərdən sonrakı ilk iki gündə 5000-dən çox insan nəzarətə alınıb. Təhlükəsizlik işçiləri dinc etirazçılara səs bombaları atır, ölkədəki vəziyyətlə razılaşmamayanlar isə etiraz əlaməti olaraq fişənglər atırlar.

Alpər