Dünya 09:14 16.10.2018

Belçikanın ilk qaradərili bələdiyyə sədri

"Mançester Siti"nin futbolçusu Vinsent Kompaninin atası Pyer Kompani Belçika tarixinə düşüb.

Qaynarinfo xəbər verir ki, futbolçunun atası ölkə tarixində bələdiyyə sədri seçilən ilk qaradərili olub.

Brüssel paytaxt bölgəsinə bağlı olan Qanşorendə bələdiyyə sədri seçilən 71 yaşı Kompani 2006-cı ildən aktiv şəkildə siyasətlə məşğul olur. Konqo Demokratik Respublikasından Belçikaya miqrasiya edən Kompani ixtisasca mühəndisdir.

Atasının uğurunu "tarixi" adlandıran Vinsent Kompani sosial media hesabından paylaşdığı mesajında "Səninlə fəxr edirik, ata. Konqo Demokratik Respublikasından Belçikaya 1975-ci ildə miqrant kimi gəldin. İndi miqrantların dəstəyini alaraq Belçikanın ilk seçilmiş qaradərili bələdiyyə sədri oldun. Gecə də olsa, bu bir irəliləyişdir. Təbriklər" yazıb.