Ekonomiks 14:08 27.03.2020

Belə olsa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq... – BNA açıqladı

"Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırıla bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərarlara əməl olunmasa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq:

"Bakı şəhərində nəqliyyatın fəaliyyəti dayandırılmayıb. Sadəcə, ictimai nəqliyyatdan istifadə edənlərə xəbərdarlıq edilib. Əgər qoyulan qaydalara əməl olunmasa, insanlar evdə qalmayıb istədikləri zaman küçələrə çıxsalar, o zaman ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə BNA adından ölkədaxili, şəhərlərarası hərəkətin tamamilə qadağan odulması, Bakıda marşrut xətlərinin fəaliyyətinin dayandırılmasıyla bağlı xəbər yayılıb.

Bahar Rüstəmli