Ölkə 13:07 19.12.2017

Bələdiyyələrin səlahiyyətləri artırılır

Azərbaycanda bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkili üçün səlahiyyət verilir.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Bələdiyyələrin statusu haqqında "qanuna dəyişikliklərdə öz əksini tapıb.

Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Qeyd olunur ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.