Dünya 17:58 10.06.2019

Bənazir Buttonun həyat yoldaşı həbs edildi (FOTO)

Pakistanın sabiq prezidenti, sui-qəsdlə öldürülən baş nazir Bənazir Buttonun həyat yoldaşı Asif Əli Zərdari həbs edilib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, Zərdari saxta bank hesabı və çirkli pulların yuyulması ittihamına görə saxlanılıb. 

Qeyd edək ki, Asif Əli Zərdari 2008-2013-cü illərdə Pakistana rəhbərlik edib, 2018-ci ilin avqustundan bəri parlamentin üzvüdür. O, prezident olmamışdan əvvəl korrupsiya və cinayət ittihamına görə 11 il həbs cəzası alıb. 


Gülşən