Foto 15:49 28.10.2020

Bərdədə 30-a yaxın obyekt dağıdıldı (FOTOLAR)

Məlum olduğu kimi, Ermənistan növbəti dəfə Bərdədə mülki şəxslərə qarşı raket hücumu həyata keçirib.

Qafqazinfo xəbər verir ki, hadisə nəticəsində 30-a yaxın mülki obyektə ziyan dəyib. 

Ərazidə olan 20-ə yaxın avtomobil yararsız hala düşüb. 

Qeyd edək ki, hadisə zamanı 20 mülki şəxs həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.