Foto 12:01 28.10.2020

Bərdədə həlak olan yeddi yaşlı Aysu dəfn edildi (FOTO/YENİLƏNİB)

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərova dəfn edilib.

Bu barədə Report xəbər yayıb.

O, yaşadığı Qarayusifli kənd qəbiristanlığında yaxınlarının yanında torpağa tapşırılıb.
 
11:33

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərova dəfn edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

A.İsgəndərova yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu "Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə, rayonun Qarayusifli kəndində dörd mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.