Dünya 19:07 15.02.2020

Berlində atışma: ölən və yaralananlar var

Almaniyanın paytaxtı Berlində atışma olub.

Qaynarinfo "Local” portalına istinadən xəbər verir ki, hadisə Kroyçberq rayonunda, "Güldür Güldür Show" türk komediya şousunun yerləşdiyi konsert idman zalının yaxınlığında qeydə alınıb.

Polisin mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Olayın səbəbləri araşdırılır.