İdman 15:41 07.03.2013

Berluskoni qızını "Milan"a rəhbər gətirir

Atası onda bütün rəhbər keyfiyyətlərin cəmləşdiyini deyib

“Milan” futbol klubunun direktorlar şurasının üzvü, Silvio Berluskoninin 28 yaşlı qızı Barbara klubun idarə heyətinin sədri seçilə bilər. 

ANS PRESS-in verdiyi xəbərə görə, atası qızında bütün rəhbərə xas keyfiyyətlərin cəmləşdiyini deyib. 

Atası Barbaranın 19 yaşı olanda ad günü münasibətilə öz şirkətlərindən biri olan Finivestə rəhbərliyi ona tapşırıb. O, Vita-Salute San Raffaele Universitetini bitirən qızın “Milan”ın futbolçu Aleşandro Pato ilə sevgi romanı yaşadığı bildirilir. 

Qızının futbolçulara meylli olduğunu bilən Silvio Berluskoni onun futbolçulatla birgə şəkillərinin mətbuata sızmaması üçün xeyli pul xərclədiyi bildirilir.

Qaynar.info