Dünya 17:46 17.03.2019

Berluskoninin seks məclislərini ifşa edən model zəhərlənərək öldü - cinayət izi

İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin adı bu dəfə cinayətdə hallanır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Berluskoninin evində tez-tez təşkil etdiyi seks məclislərini ifşa edən mərakeşli model İmane Fadil qarın ağrısı ilə getdiyi xəstəxanada ölüb.

Gənc model ölümündən öncə ailəsinə və vəkilinə zəhərləndiyini deyib. Son günlərini böyük ağrılar içində keçirən Fadil martın 1-də ölüb. Onun ölümü ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, model 2011-ci ildə qatıldığı bu məclislərin detallarını məhkəmədə açıqlamışdı. O, hətta bu məclislər haqqında kitab yazmış və bunu onlarla qadının qoşulduğu təriqət adlandırmışdı.

Seks məclislərinin bu malikanədə təşkil olunduğu qeyd olunur.