Dünya 15:19 02.08.2018

"Bermud üçbucağı"nın əsl sirri ortaya çıxdı

Southampton Universitetinin alimləri "Bermud üçbucağı" ilə bağlı daha bir fərziyyə irəli sürüblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə bölgədə yüzlərlə gəmi və təyyarənin yox olmasına səbəb Atlantik okeanının həmin hissəsində 3 müxtəlif fırtınanın eyni anda toqquşaraq yaratdığı nəhəng dalğalardır.

Tədqiqatçı Dr. Simon Boksall şimal və cənubdan gələn fırtınaya Floridadan gələn fırtına da qoşulduğu zaman həmin ərazidə ölümcül dalğaların yarandığını söyləyib.
 
"Hündürlüyü 30 metrə qədər çatan dalğalar "Bermud üçbucağı"nın lənətinin əsas səbəbidir", - deyə o, bildirib.

Boksall və komandası 100 il öncə "Bermud üçbucağı"nda yoxa çıxan "USS Cyclop" gəmisini əsas götürərək, onun ətrafında dalğa simulyasiyaları yaradıblar.

Qeyd edək ki, ABŞ donanmasına aid olan "USS Cyclops" gəmisi 1918-ci ildə "Bermud üçbucağı"nda itib. Gəmidə həmin zaman 309 nəfər şəxsi heyət olub. Hadisədən sonra uzun zaman axtarışlar aparılsa da gəmiyə aid heç bir izə rast gəlinməyib.
 
"USS Cyclop" gəmisi