İdman 18:44 12.02.2014

Berti Foqts baş məşqçilərlə görüşdü

Azəraycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Topaz Premyer Liqada çıxış edən klubların baş məşqçiləri ilə görüşüb.

Qol.Az-ın məlumatına görə, görüşdə ölkə çempionatının gedişatı, növbəti ildən Premyer Liqada hər klubda iki 21 yaşadək futbolçunun çıxış etməsi və millinin qarşıdakı təlim-məşq toplanışı ilə bağlı məsələlər müzakirə olunub.  

Qeyd edək ki, yığmamız martın 1-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olacaq. 

Qaynar.info