İdman 13:12 11.06.2013

Berti Foqts gedir?

Polşa millisinin baş məşqçisi Valdemar Fornalik istefaya göndərilir. 

Apasport.az saytının məlumatına görə, onu əvəzləyə biləcək 10 namizəd arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun da adı var.

Belə ki, 67 yaşlı almaniyalı çalışdırıcı Dik Advokat, Marko van Basten, Kristof Daum, Frank Raykaard kimi tanınmış mütəxəssislərlə bir sırada yer alıb.

Foqts ötən yay da bu posta namizəd olsa da, sonda yerli məşqçiyə üstünlük verildi. Milli isə aylıq məvacibi 150 min avro olan Fornalikin rəhbərliyi altında cari seçmə mərhələdə uğursuz çıxış edərək, son turda Moldova ilə 1:1 hesablı bərabərliyə qalıb. Bundan sonra narazılıq daha çox baş qaldırıb və polşalılar baş məşqçinin əcnəbi olmağını istəyir.

Qeyd edək ki, Polşa yığması 6 oyundan sonra 9 xalla qrupda 4-cü yerdə gedir.

Qaynar.info