İdman 16:27 05.06.2013

Berti Foqts iddialı danışdı

"Lüksemburqla oyuna ciddi hazırlaşırıq. Oyunçularda istək çox olsa, qalib gələcəyik. Qələbəni özümüz qazanmalıyıq. Lüksemburq qələbəni bizə hədiyyə etməyəcək".

Bunu DÇ-2014-ün seçmə mərhələsində iyunun 7-də Lüksemburq yığması ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında deyib.

Berti Foqts hücum xəttində boşluğun olduğunu deyib: "Rauf Əliyev və Vüqar Nadirovdan başqa Cihan Özkara da meydana çıxa bilməyəcək. Pərdis Fərcad-Azad isə zədəlidir və oynayacağı sual altındadır. Bunlar bizim üçün böyük itkidir. Azərbaycan futbolunda hücumçu və qol vurmaq problem var. Bunu çempionatda bombardirlər siyahısına baxanda görmək olar".

Baş məşqçi deyib ki, futbolçuların hazırlığından razıdır: "Şadam ki, Qətərlə oynamaq imkanımız oldu və onlara minnətdaram. Çempionat bitdiyindən, futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Oyunçuların məşq prosesindən razı qalmışam. Elə oyunçular var ki, 100 faiz hazır deyillər".//trend

Qaynar.info