İdman 16:08 25.02.2014

Berti Foqts Mahir Şükürovu yığmadan kənarlaşdırdı

“Neftçi” klubunun futbolçusu Mahir Şükürov Azərbaycan millisinin Dubayda təşkil olunacaq hazırlıqlarına çağırılmayacaq.


Apasport.az saytının xəbərinə görə, yığmanın baş məşqçisi Berti Foqts 32 yaşlı müdafiəçinin xidmətindən imtina edib. Bu səbəbdən Şükürov martın 5-də Filippinlə baş tutacaq yoxlama oyunda da iştirak edə bilməyəcək.
 
Onun millidən kənarda qalmasına isə son 3 turda cəza üzündən meydana çıxmamağı və buna görə oyun praktikasının azlığı səbəb olub. “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XX turunun səfər matçında azarkeşlərə orta barmaq göstərməsi üzündən aldığı cəza Mahirə Dubay səfəri bahasına başa gəlib.
 
Qeyd edək ki, Mahir milli komandada 71 oyun keçirib və 4 qol vurub.

Qaynar.info